05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qızılca kütləvi yayılmaqdadır

16.04.2019

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə açıqladığı hesabat dünyada qızılca xəstəliyinin kəskin artdığını göstərir
Bildirilir ki,  2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə bu rəqəm 28 min olub.
Hesabata görə, bu müddət ərzində artıq 170 ölkə qızılcaya yoluxma faktı barədə xəbər verib. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında isə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.
Qeyd edək ki, 2017-ci ildə qızılcadan 110 min adam dünyasını dəyişib.