27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU rektorundan tələbələrə növbəti jest

16.04.2019

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev təhsil ocağının yataqxanasında təmir-bərpa işləri başladıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov yayıb.
O bildirib ki, yataqxanada qalan tələbələr artıq orada ümumi istifadə üçün təmirli otaq olduğu barədə məlumatlar paylaşır:
"Üzümüzə gün doğub. Təzə qaz plitəmiz, televizorumuz, stol-stulumuz, ümumi istifadə edilən təmirli otağımız var, dedilər, istilik cihazı da olacaq, sonra isti suyumuz da. Rektor Elçin müəllim təxminən 10 gün əvvəl yataqxanamıza gəlib, problemlərimizin həllinə də söz vermişdi. Bəziləri inansa da, çoxumuz inanmamışdıq. Görəndə ki, ümumi otaq düzəlir, televizor, stollar verilir, qaz plitəsi qoyulur sevindik. Doğrusu, hələ də inanmağımız gəlmir. Bizlə görüşəndə, şəkil çəkdirəndə, yaymamağı, reklamı sevmədiyini demişdi, sadə adam idi. Amma onun tez bir vaxtda elədiyi bu şeylər əsl diqqətə layiqdir”, - yataqxanada yaşayan tələbələr qeyd edib.