Tramp milli təhlükəsizlik müşavirini də  QOVDU 
    
                          
     
                         23.03.2018
 
    
                        					ABŞ prezidenti Donald Tramp Herbert Makmasterin milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən kənarlaşdırıldığını elan edib.
"Dövran Media" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında paylaşım edib. 
"Göstərdiyi xidmətlərə görə Herbert Makmasterə son dərəcə minnətdaram, o böyük işlər görüb və hər zaman mənim dostum qalacaq” deyə Tramp qeyd edir.
Tramp Ağ Evdə boş qalmış posta Con Boltonu gətirib. Boltonun aprelin doqquzundan etibarən rəsmi qaydada müşavir vəzifəsini icra etməyə başlayacağı bildirilir.