27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni internet saytı fəaliyyətə başlayıb

15.04.2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb.
Verilən məlumata görə, rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.
İnternet-saytın ana səhifəsində "Haqqımızda”; "Struktur”; "Qəbul”; "İnstitut həyatı”; "Beynəlxalq əlaqələr” və "Nəşrlər” bölmələri yer alıb.
"Haqqımızda” bölməsində "Aİİ-nin tarixi”; "Nizamnaməsi”; "Nə üçün Aİİ?”; "Loqo”; "Kataloq”; "Akademk heyət”; "Əlaqə” və "Qalereya” başlıqları altında İnstitutun ictimai həyatı əks etdirilib.
Saytın "Struktur” bölməsində "Rektorluq”; "Elmi Şura”; "İlahiyyat fakültəsi”; "Kafedralar”; "Tədris-Metodiki Şura”; "Tədris şöbəsi”; "Magistratura və doktorantura şöbəsi”; "Həmkarlar İttifaqı Komitəsi”; "Beynəlxalq əlaqələr şöbəsi”; "Tələbə Elmi Cəmiyyəti”; "Tələbə Gənclər Təşkilatı”; "Kitabxana İnformasiya Mərkəzi”; "Ümumi şöbə”; "Hüquqşünas”; "Mətbuat şöbəsi”; "Kadrlar şöbəsi” və "Mühasibatlıq” başlıqlı yazılarda əməkdaşlar və onların fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.
"Bakalavr”; "Magistratura”; "Doktorantura”; "Təqaüd proqramlar”ı haqqında ətraflı məlumtalar rəsmi saytın "Qəbul” bölməsində yerləşdirilib.
ait.edu.az saytında "İctimai fəaliyyətlər”, "Tələbə həyatı” və "Kurslar” başlıqlı yazılara "İnstitut həyatı” bölməsində geniş yer verilib.
Aİİ-nin rəsmi internet səhifəsinin "Beynəlxalq əlaqələr” bölməsində "Tərəfdaş universitetlər”; "Tələbə mübadilə proqramları”; "Səfirliklərlə əməkdaşlıq” başlıqları altında ali təhsil müəssisəsinin xarici fəaliyyəti haqqında məlumatlar işıqlandırılıb.
Saytın "Nəşrlər” bölməsində İnstitutun elmi nəşrləri, qəzet və jurnalları haqqında məlumat verilib.
Sayt yeni funksional bölmələrlə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynda istifadəyə verilib. Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.