28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp seçkiyə hazırlaşır: 40 milyon dollar topladı

15.04.2019

ABŞ Prezidenti Donald Tramp özünün seçki kampaniyasının maliyyələşdirilməsi üçün son üç ay ərzində 30 milyon dollar toplayıb.
Bu məlumatı "Nyu York Tayms” qəzeti yayıb.
Məlumata görə, ümumilikdə Tramp üçün ayrılan ianələrin həcmi 40 milyon dollar təşkil edib.
Trampa rəqib olacaq namizədlərin topladığı ianələrin həcmi prezidentin göstəricilərindən kifayət qədər azdır. Belə ki, prezidentliyə namizədliyini sürmək istəyən senator Kori Buker 5 milyon dollar, senator Kamala Harris 12 milyon dollar, eks-konqresmen Beto Orurk 9,4 milyon dollar, senator Berni Sanders isə 10 milyon dollar vəsait toplaya bilib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkisi 2020-ci ildə baş tutacaq.