29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ açıq şəkildə müdaxilə edir - Lavrov

13.04.2019

ABŞ müstəqil dövlətlərin daxili işlərinə açıq şəkildə müdaxilə edir.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, ABŞ-ın Venesuela ilə bağlı planlarının uğursuzluğa düçar olduğunu bildirib:
"Venesueladan hər kəsin xəbəri var. İqtidarı dəyişdirmək üçün tətbiq edilən ildırım hərəkatı uğursuz oldu, amma amerikalılar qanuni dövlət başçısını kürsüsündən endirməklə bağlı hədəfindən əl çəkməyib”.
Nazir ABŞ Dövlət Katibi Mayk Pompeonun hərbi müdaxilənin bir ehtimal olması barədə dediklərini bunun sübutu kimi qiymətləndirib.
Lavrov ABŞ-ın müdaxilə edəcəyi növbəti ölkələrin Kuba və Nikaraqua olacağı ilə bağlı təhdidlərindən də danışıb:
"Vaşinqton deyəsən bu mövqeyi ilə sadəcə Latın Amerikası ilə deyil, dünyanın bir çox ölkəsi ilə üz-üzə dayandığını anlamır. Fikrimcə, bu mövqe qəbuledilməzdir”.