29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sarı jiletlər” aksiyasının 22-ci aktı başlayıb

13.04.2019

Fransada "sarı jiletlər" etiraz aksiyasının 22-ci aktı başlayıb.
"Dövran Media" AZƏRTAC-a istinadən bildirir ki, nümayişçilər 22-ci akt üçün əsas şəhər kimi Paris və Tuluzu seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər "Akt XXII: Tuluz sarı jiletlərin milli paytaxtıdır" deyərək Tuluza toplaşmağa çağırış ediblər.
Polis isə Parisdə Yelisey çölləri prospektində, Milli Assambleya yaxınlığında, eləcə də digər böyük şəhərlərin mərkəzlərində bütün nümayişləri qadağan edib.
Qeyd edək ki, "dağıdıcılar əleyhinə" qanun bu gün səhərdən qüvvəyə minir. Qanuna əsasən nümayişçilərin çantaları və avtomobilləri yoxlanılacaq, sifəti gizlədəcək geyim və ya maska cinayət kimi qəbul ediləcək. Bu qaydalara riayət etməyənləri 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir.