29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda qadın parkı zibilliyə çevirdi - VİDEO

13.04.2019

Bakıda parkda tum çırtlayaraq yeri zibilləyən qadın ictimai qınağa səbəb olub.
Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Nərimanov rayonunda yerləşən parkda video çəkən şəxs həmin valideynə yaxınlaşıb və niyə belə etdiyini soruşanda "süpürgəçi nə işə yarayır?" cavabını alıb.
Video çəkən şəxs isə zibili atması üçün ona paket verib və qadına süpürgəçinin yarpaq, toz kimi təbii zibilləri təmizləməli olduğunu izah edib.
Videonu izləyənlər gənc valideyni tənqid edərək övladına pis örnək olduğunu bildiriblər.
Həmin şəxs videonu paylaşan zaman "İnsanlarımızın əksəriyyəti pinti insanlardır. Ətrafımız ona görə zibillik, pislik və natəmizlikdir", - qeyd edib.