28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həftənin ən yaxşı futbolçusu müəyyənləşib

12.04.2019

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın rəsmi saytı xəbər verir ki, İngiltərənin "Liverpul” klubunun braziliyalı hücumçusu Roberto Firmino azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.
İyirmi beş yaşlı hücumçu bu nominasiyada Heung-Min Son ("Tottenhem”, İngiltərə), Jerar Pike ("Barselona”, İspaniya) və Frenk de Yonqu ("Ayaks”, Hollandiya) qabaqlayıb.
Firmino dörddəbir finalında doğma meydanda Portuqaliyanın "Portu” klubunu məğlub etdikləri matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.