28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mövlud Çavuşoğlu: Fransa Türkiyəyə dərs keçəcək sonuncu ölkədir

12.04.2019

Antalya şəhərində keçirilən NATO Parlament Assambleyasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada hər il aprelin 24-nün qondarma "erməni soyqırımı” qurbanlarının xatirəsini anma günü elan edilməsinə sərt münasibət bildirib.
"Dövran Media" bildirir ki, Azərtac-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, türkiyəli nazir Fransanın soyqırımı və tarix məsələlərində Türkiyəyə dərs keçəcək sonuncu ölkə olduğunu deyib. M. Çavuşoğlu əlavə edib ki, fransızların müstəmləkəsi olmuş Əlcəzairdə milli-azadlıq hərəkatı iştirakçılarından 1,5 milyon nəfəri qətlə yetirən, yüz minlərlə insanı yaralayan və itkin düşməsinə səbəb olan Fransanın soyqırımından danışmağa mənəvi haqqı yoxdur. Onun sözlərinə görə, digər müstəmləkə ölkəsi olan Ruandada da etnik tutsilərin kütləvi məhv edilməsində də fransız hökumətinin əli var. Həmin vaxt fransız hökuməti ağır cinayətkar şəxslərin qaçması üçün şərait yaratmışdı.
M.Çavuşoğlu bildirib ki, Fransada 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə əlaqədar qəbul olunmuş son bəyannamə bu ölkənin Konstitusiya məhkəməsinin səlahiyyətlərini aşan bir hərəkətdir. O qeyd edib ki, tarixçilərin araşdırmalı olduğu bu hadisələrin siyasətə alət edilməsi təəssüf doğurur. Eyni zamanda, türkiyəli nazir Fransa Prezidentinin müvafiq fərmanını da populist addım adlandırıb.