09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN: Ermənistan aqressiv və işğalçı siyasətə davam edir

22.03.2018

"Azərbaycan xalqı özünün qədim Novruz ənənələrinə sadiq qalaraq bayram etdiyi bir vaxtda Ermənistan silahlı bölmələri əsl simasını nümayiş etdirərək atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir. Bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətin tərkib hissəsidir”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərlərini, xüsusilə də Novruzun sülhə, barışa, anlaşmaya çağırışını yüksək qiymətləndirdiyi bir şəraitdə Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq aqressiv və təcavüzkar siyasətini yürütməkdə davam edir: "Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinin bir daha şahidi olur”.
"DM"