28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”

12.04.2019

"Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən, saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”.
Bu sözləri millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da "Sosial media: sosial tellər və ya insan haqlarına hədələr" mövzusundakı müzakirələrdə çıxışı zamanı deyib.
Q.Paşayeva Ermənistanı, erməni diasporu və lobbisini, eləcə də bəzi siyasi gücləri sosial media vasitəsilə Azərbaycan əleyhinə yalanlar yaymaqda ittiham edib, bu dezinformasiyaların əksəriyyətinin məqsədli olaraq yayıldığını bildirib: "Ermənistan başda olmaqla bəzi ölkələrin, bir sıra siyasi güclərin, erməni diaspor və lobbisinin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir”.