27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətəni Assancdan üz döndərdi

12.04.2019

Avstraliya hökuməti Londonda həbs olunmuş "WikiLeaks” saytının təsisçisi Cullian Assanca hər hansı xüsusi dəstək göstərməyəcək.
ABC-nin məlumatına görə, bu barədə ölkənin baş naziri Skott Morrison açıqlama verib.
Morrisonun sözlərinə görə, ona yalnız belə bir vəziyyətə düşmüş istənilən Avstraliya vətəndaşı kimi konsulluqda kömək edəcəklər və hər hansı xüsusi münasibət göstərilməyəcək.
Baş nazir əlavə edib ki, "WikiLeaks” təsisçisinə qarşı irəli sürülmüş ittihamlar bu baxımdan hər hansı əhəmiyyət kəsb etmir. 
"Sistem belə işləyir”, - deyə Morisson bildirib.
Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.