28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: Çevrilişlə gəlməmişəm

11.04.2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda baş verən son siyasi proseslərlə bağlı açıqlama verib.
"Dövran Media" xəbər verir ki, türk lider Sudanın demokratik prosesə keçidinin qaçılmaz olduğunu, hərbi çevrilişin qan tökülməsinə səbəb olacağını bildirib.
"Məlum olduğu kimi çevrilişlə siyasətə gəlmiş lider deyiləm. Bələdiyyə sədrliyindən bəri seçki ilə mənsəbə çatan və çevrilişin şahidi olan bir insanam. Çevrilişin nə olduğunu, nələri verib, nələri aparacağını bilən biriyəm”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Sudanda çevriliş cəhdindən sonra prezident Ömər əl-Bəşir istefa verib.