27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əliyevlə çox müsbət dialoq başlatdıq - Paşinyan

11.04.2019

Dağlıq Qarabağ konflikti region üçün ciddi çağırış olaraq qalır.
Bunu AŞPA-da çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, Ermənistanda baş verən demokratik dəyişikliklərin Qarabağ konfliktinin həlli ilə bağlı İrəvanın təsəvvürlərinə yeni ton verdiyini bildirib:
"Biz Azərbaycan Prezidenti ilə kifayət qədər konstruktiv və müsbət dialoq başlada bildik, amma əminəm ki, liderlər arasında dialoq konfliktin həlli üçün yetərli deyil. Cəmiyyətlər arasında dialoqun başlanması bizim ictimaiyyətləri sülhə hazırlamaq üçün vacibdir. Bir müddət əvvəl İrəvandakı mətbuat konfransı zamanı mən dedim ki, belə dialoq üçün meydan sosial şəbəkələr ola bilər, hansı ki, indi ermənilər və azərbaycanlılar qarşılıqlı təhqir diliylə əlaqə qururlar”.
O, həll variantının Ermənistan, "dqr” və Azərbaycan üçün qəbul edilən olmasıyla bağlı bəyanat verdiyini, amma Azərbaycan tərəfindən bu cür bəyanatlar almadığını iddia edib.
Paşinyan həmçinin ATƏT-in Minsk Qrupu formatının Qarabağın həlli prosesində qəbul edilən yeganə format olduğunu bildirib.