28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Matviyenko Bakıya gəldi

11.04.2019

Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Report xəbər verir ki, nümayəndə heyətinə Federasiya Şurasının sədri Valentina Matviyenko rəhbərlik edir.
Səfər zamanı Milli Məclisinin sədri Oqtay Əsədovla danışıqlar aparılması planlaşdırılır.
Tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, ikitərəfli və çoxtərəfli əsasda parlamentlərarası qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Səfər zamanı Rusiyanın Federasiya Şurasının sədri Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində çıxış edəcək, Bakının mədəniyyət, idman və sosial-infrastruktur obyektlərinə baş çəkəcək.
Nümayəndə heyətinin tərkibinə həmçinin Federasiya Şurasının sədr müavini, iki ölkənin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri İlyas Umaxanov, Federasiya Şurasının sədr müavini Andrey Turçak, Həştərxan vilayətinin və Dağıstanın regional parlamentlərinin senatorları və başçıları daxildir.