03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycandan göndərilən yardım İrana çatıb

11.04.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller" və "Komatsu" markalı 2 ədəd ekskavator daxildir.