03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elina ilə ölüm ayağında danışan kimdir? - Röyadan İDDİA

11.04.2019

Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə baş verən Elina Hacıyevanın intiharı ilə bağlı şok iddia irəli sürüb.
Müğənni intihardan sonra E.Hacıyeva ilə söhbət edən xanımın Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olduğunu qeyd edib:
"Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.
Məsələ ilə bağlı Səbail RİH-dən E.Hacıyevanı sorğu-suala tutan şəxsin kimliyi barədə məlumatsız olduqlarını bildiriblər.
İcra başçısının müavini X.Bayramova isə ittihamlara cavab verməyib.