04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordu hakimiyyəti devirdi - VİDEO

11.04.2019

Sudanda ordu silahlı çevriliş edib.
Hərbçilər prezident Ömər əl Bəşiri bütün postlarından məhrum ediblər, hökuməti qovublar.
Yeni yaradılmış Sudan Hərbi Şurası yaxın bir il ərzində ölkəni idarə etmək niyyətindədir.
Sudanın paytaxtı Xartumda prezident sarayını əsgərlər və zirehli texnika üzük qaşı kimi dövrəyə alıb. Hərbçilər dövlət televiziyasını və radionu da ələ keçirblər.
Hazırda efirdə vətəpərvər mahnılar səslənir.
Xartum küçələri əsgərlərin nəzarətindədir. Xartum aeroportu bağlanıb.
Son həftələrdə Sudanda prezdentin istefası tələbi ilə kütləvi etiraz nümayişləri keçirilirdi. Etirazçılar orduya müraciət edərək ölkəni 30 ildən bəri idarə edən Ömər əl Bəşirin devrilməsini istəyirdilər.