04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatımız NATO-nun seminarında iştirak edəcək

10.04.2019

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 99-cu Rouz-Rout seminarında, həmçinin Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun birgə tədbirlərində iştirak etmək üçün aprelin 11-dən 14-dək Türkiyənin Antalya şəhərində səfərdə olacaq.
Üç gün davam edəcək seminarda İsrail-Fələstin münaqişəsinin son inkişaf meyləri gündəmdə olacaq, Suriyadakı vəziyyətə və İraqda təhlükəsizliyin durumuna nəzər salınacaq.
Sessiyalarda "NATO-nun tərəfdaşlıq alətləri - yeni tərəfdaşlar və təcrübə mübadiləsi", "Mərkəzi Asiya - tərəflər və çağırışlar", "Miqrasiya: Humanitar və təhlükəsizlik çağırışları arasında" mövzularında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. 99-cu Rouz-Rout seminarında "Liviya və Sahel regionu", "Körfəzdə dəyişim və davamlılıq", "Rusiya və Çin Yaxın Şərqdə", "Amerika Birləşmiş Ştatları, Avropa və İran" məsələləri də müzakirə obyekti olacaq.
Milli Məclisin deputatı müzakirə olunan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcək.