04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ayna Sultanova niyə bağlanıb? - Rəsmi açıqlama

10.04.2019

"Prezident İlham Əliyevin ötən ilin dekabr ayında imzaladığı sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Parkda görülən abadlıq quruculuq işləri uğurla həyata keçirilir. Yay aylarına qədər həmin parkın istifadəyə verilməsi gözlənilir”.
"Dövran Media" xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən "Report”un sorğusuna cavab olaraq bildirilib.
"Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq ərazidə olan ağaclar budanıb, parkda başqa dekorativ ağaclar da əkiləcək. Sözügedən tikili hər hansı obyekt yox, sakinlərin asudə vaxtının təşkili üçün yer olaraq nəzərdə tutulub” - deyə məlumatda qeyd olunub.