03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Venesuela qızıllarını satır

10.04.2019

Ötən həftə Venesuela Mərkəzi Bankının xəzinəsindən ölkə xaricinə qiymətli metal olaraq satış üçün səkkiz tona yaxın qızıl çıxarılıb.
Bu barədə "Reuters” məlumatlı mənbəyə istinadən informasiya yayıb.
2019-cu ilin əvvəlindən etibarən Venesuelanın qızıl ehtiyatları 30 ton ixtisar olunub, ümumi ehtiyatlar 100 tona qədər azalıb. Ehtiyatın ümumilikdə dörd milyard dollara yaxın olduğu bildiirlir.
Mənbənin sözlərinə görə, bu templərlə Venesuela ilin axırına kimi qızılsız qala bilər. Ölkənin Mərkəzi Bankı və İnformasiya Nazirliyi növbəti qızıl partiyasının satışı barədə yayılan xəbərlə bağlı agentliyin sorğusunu cavabsız qoyub.
ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra PDVSA dövlət neft şirkəti nefti ixrac edə bilmədiyindən qızıl faktiki olaraq şirkət üçün yeganə xarici valyuta mənbəyinə çevrilib.
Sanksiyalar Nikolas Maduronun hakimiyyətdən gedəcəyi təqdirdə, ölkədə ədalətli seçkilərin keçirilməsindən sonra aradan qaldırılacaq.