03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elina ilə bağlı araşdırma bitdi - Gözlər nazirin verəcəyi QƏRARDA

10.04.2019

Təhsil Nazirliyində Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin şagirdinin intihar etməsilə bağlı iclas keçirilib.
Nazirlikdən verilən məlumata görə, iclasda hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxsləri iştirak ediblər.
İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.
Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.