09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk ordusundan yeni hücum planı - "Dəclə qalxanı"

22.03.2018

İraqın şimalında Sincar şəhərində PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (SQ) hazırladığı yeni hərbi əməliyyatın "Dəclə qalxanı" adlanacağı deyilir.
Bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb. Məlumata görə, hazırda TSQ əməliyyata hazırlıq işləri aparır. Əməliyyatın başlanacağı vaxt haqda dəqiq məlumat verilmir.
Qeyd edək ki, daha öncə ölkə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin PKK terror təşkilatına qarşı mübarizə məqsədilə İraqın Sincar şəhərinə daxil ola biləcəyi barədə açıqlama vermişdi.
"DM"