08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və bu ölkə arasında dənizaltı kabel magistralı cəkilir

10.04.2019

Azərbaycanın magistral provayderi "AzerTelecom" şirkəti Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.
Bu məqsədlə Azərbaycan tərəfdən "AzerTelecom" şirkəti və Qazaxıstan tərəfdən "Transtelekom" və "KazTransCom" şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə шşçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.
Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında "Azərbaycan Qazaxıstan hökumətləri arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.