08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vladimir Putin soydaşımızı mükafatlandırıb - FOTO

10.04.2019

Soydaşımız Ruslan Bayramov "Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Kaluqa vilayətində həyata keçirilən "ETNOMİR” layihəsinin rəhbəri, "Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidenti, azərbaycanlı Ruslan Bayramov "Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib. Fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib.
Ruslan Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb.
Həmyerlimiz Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Onun həyata keçirdiyi əsas layihələrdən biri unikallığı ilə seçilən və dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verən "ETNOMİR” mədəniyyət-təhsil turizm mərkəzidir.