09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həmməruzəçilər seçkiləri müşahidə edəcəklər

22.03.2018

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri aprelin 11-də prezident seçkilərini müşahidə edəcəklər
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.
Onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.
Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.
Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.