08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İvanişvili gedənləri təhdid etdi

10.04.2019

Eka Beseliya və Gürcü Arzusu Partiyasını tərk edənlərin getmək üçün heç bir səbəbləri olmayıb.
Bunu "İmedi” televiziyasına açıqlamasında Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili deyib.
"Onlar partiyadan açıq qapıları qıraraq gediblər. Mən bunu sübut edəcəyəm. Ümumilikdə partiyasını tərk edən siyasətçinin öz komandasından getməsi üçün heç bir əsası yoxdursa, onun siyasi perspektiv qurması çətindir”, – deyə o bildirib.
İvanişvili hakim partiyanın fraksiyasında müəyyən problemlərin olduğunu da etiraf edib.
Qeyd edək ki, bundan öncə Gürcü Arzusu Partiyası parlamentdəki əsas üstünlüyünü itirib. Buna səbəb fraksiyanı partiyanın yaradıcılarından olan Eka Beseliya, Qedevan Popxadze, Levan Qoqiçaişvili, Zviad Kvaçantiradze, Beka Natsvlişvili, Giya Jorjoliani, Koba Narçemaşvili, Mirian Çiklauri kimi deputatların tərk etməsi olub.