08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İbn Sina İnstitutunun açılışı olub

10.04.2019

Macarıstanda İbn Sina adına Yaxın Şərq Tədqiqatları İnstitutunun açılışı olub. 
İnstitutun binasının yerləşdiyi Budapeştin yaxınlığındakı Pilişçabedə keçirilən açılış mərasimində Macarıstanın Baş naziri Viktor Orban iştirak edib. Bu elm ocağının yaradılmasında məqsəd İslam dininin tədqiqi və Macarıstan ilə müsəlman ölkələrinin siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə töhfə verməkdir.
V.Orban mərasimdəki çıxışında deyib: "İslam mədəniyyəti yeni ərazilər fəth edib. Qərbi Avropa şəhərlərinin təcrid olunmuş məhəllələrində məskunlaşan müsəlmanların sayı durmadan artır. Şərq indi Qərbə köçüb”. O əlavə edib ki, tədqiqatçılar hazırda Qərb və Şərqdə gedən strateji əhəmiyyətli prosesləri dərindən araşdırmalıdır.