08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Serxio Ramosun toyunda qadağalar olacaq

09.04.2019

"Real Madrid"in kapitanı Serxio Ramos və spiker Pilar Rubio 7 illik münasibətdən sonra evlilik hazırlıqlarına başlayıb.
İllərdir birlikdə yaşayan və 3 uşaqları olan cütlük, nəhayət, evlənmək qərarı alıb. Toyun Ramosun vətəni Sevilyada baş tutacağı bildirilir.
"Hola" dərgisində yer alan reportajda Pilar Rubio qadağalar tətbiq edəcəklərini deyib. Qadağalardan ən diqqət çəkəni, dəvətlilərin cib telefonu ilə toya daxil ola bilməmələri olub.
"Cib telefonlarını salona girişdə toplayıb təhlükəsiz bir yerə qoyacağıq. Hər qonağın özünü rahat hiss etməsini arzulayırıq, buna görə də telefonla girişə icazə verməyəcik" deyə Rubio bildirib.