04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tripoli uğrunda döyüşlər: 50 ölü

09.04.2019

Liviyanın paytaxtı Tripoliyə nəzarət uğrunda şiddətli döyüşlər gedir. Toqquşmalarda itki sayının 50 nəfəri ötdüyü barədə məlumatlar yayılıb. Qurbanlar arasında dinc sakinlərin də olduğu bildirilir.
Bu barədə "Associated Press” məlumat yayıb.
3400-ə yaxın insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Onların bəzilər blokadaya düşərək təxliyyə oluna bilməyib. Döyüş zonasında yaralılara tibbi yardım göstərən iki həkimin həlak olduğu bildirilir.
Xatırladaq ki, aprelin 8-də feldmarşal Xəlifə Həftarın başçılığı altında Liviya Milli Ordusunun birləşmələri Tripoli aeroportunu raket atəşinə tutub. 
Həftarın qüvvələri aprelin 4-dən etibarən Tripolinin ələ keçirilməsi uğrunda hücum əməliyyatına başlayıb.
Qeyd edək ki, Liviyada Müəmmər Qəddafinin öldürülməsindən sonra (2011-ci ildə)  ölkə vətəndaş müharibəsinə qərq olub.