04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Günay Şəbnəmə "bayağı müğənni" dedi, qalmaqal düşdü

08.04.2019

Şou-biznesdə növbəti qalmaqal müğənnilər Günay İbrahimli ilə Şəbnəm Tovuzlu arasında yaşanıb. 
"Dövran Media" bildirir ki, "Ay Zaur" verilişi Günaydan Şəbnəmlə bağlı fikir soruşub. İbrahimli "Şəbnəm Tovuzluya qulaq asırsınız" sualına belə cavab verib:
"Dinləmirəm. Dedilər hansısa mahnısına 30 milyon baxılıb. Heç o mahnını eşitməmişəm, qabağıma da çıxmayıb. Çox maraqlıdır, Azərbaycanda heç 30 milyon əhali yoxdur, necə olur? Düşünürəm ki, bayağı ifaçıdır. Olanı deyirəm, heç kim harasa yozmasın. Mənim qulaq asdığım insanlar tamam başqadır".
Şəbnəm isə Günaya "Bayağı mahnı ola bilər. Günay xanımla üz-üzə gələndə öpüşüb, görüşürük. Ola bilər repertuarımı bəyənməyə bilər. Amma deyə bilərdi ki, bir xanım kimi bizim gözəl münasibətimiz var. Mən olsam, elə deyərdim. Məcbur deyil məni bəyənsin. Deyə bilərdi, gözəlqəlbli xanımdır. Amma demədi. Heç mən də Günay xanıma qulaq asmıram" cavabını verib.