05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ İranla bağlı müharibə ssenarisi seçir?

06.04.2019

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməsi qərarı İrana qarşı istənilən addımlara haqq qazandırmaq imkanı yaradacaq.
"Dövran Media" xəbər verir ki, bunu "RİA Novosti”yə açıqlamasında ABŞ-ın Beynəlxalq Siyasət Mərkəzinin baş elmi əməkdaşı Metyu Hou deyib. Onun sözlərinə görə, bu plan ABŞ-a İrana qarşı müharibənin başladılması üçün bəhanə yaradacaq:
"Bu taktika Amerikada tarixi boyunca daim izlənilib. Hədəfə çatmaq, bu hədəfi şeytanlaşdırmaq lazımdır. Bu, sadə və effektiv taktikadır. Müharibəyə haqq qazandırmaq üçün amerikalıları qəzəbləndirmək, onları İraqdan olduğu kimi, İrandan da qorxmağa məcbur etmək lazımdır.
Pentaqonun bir müddət əvvəl 608 amerikalının İraq müharibəsində iranlılar tərəfindən öldürülməsi xəbərini yayması təsadüfi deyil. Görünür, ABŞ yenidən müharibə və ya İranda rejim dəyişikliyi istəyir. Ona görə də növbəti qisas üçün arqumentlərini sıralayır”.