09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fələstin prezidenti ABŞ səfirinə “it oğlu it” dedi

21.03.2018

Fələstin prezidenti Mahmud Abbas İsrailin işğal altındakı Fələstin torpaqlarındakı inşa etdiyi qanunsuz məskənləri müdafiə edən və bunların İsrailə aid olduğunu söyləyən ABŞ səfiri David Fridmanı təhqir edib.
"Dövran Media" Türkiyə mediasına istinadən xəbər verir ki, Mahmud Abbas fələstinli dövlət adamları ilə keçirdiyi toplantıda bu cümlələri işlədib:
"Bir çox ABŞ rəsmisi bu məskənləri qanuni qəbul edir. Bunların başında isə səfir David Fridman gəlir. O deyir ki, yəhudilər öz torpaqalarında inşaatla məşğuldur. İt oğlu it, onlar sənin torpağın da ev tikirlər? Bu adam ABŞ-ın səfiridir, başqa nə gözləyək ondan”…
David Fridmanın Mahmud Abbasa cavabı gecikməyib. Səfir yəhudi dilində çıxan "Maarif” qəzetində "Əbu Mazin (Mahmud Abbas) mənə it oğlu it deyir. Bu bir siyasi xitabdır, yoxsa yəhudi düşmənliyi”? - deyə Abbasa reaksiya verib. Fridman Abbasın bu sözləri vaxtilə fələstinlilərin bir çox israilliyi öldürən zaman da işlətdiyini iddia edib.