09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Namizədlərin ilk debatı - VİDEO

21.03.2018

Azərbaycanda 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin İctimai Televiziyada ilk ödənişsiz debatı keçirilib.
"Dövran Media" xəbər verir ki, namizədlər müəyyən edilmiş ardıcıllıqla çıxış ediblər.
Dəyirmi masada prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov iştirak edib.
Qeyd edək ki, prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində həftədə 6 saat vaxt ayrılacaq. 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.
Dəyirmi masa həftənin 1, 2 və 3-cü günləri keçiriləcək. İctimai Radioda prezidentliyə namizədlərin dəyirmi masası isə həftənin 1, 2 və 3 günləri saat 19:00-da olacaq.
Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayırılacaq.
"Dövran Media" ilk debatın videosunu təqdim edir: