09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampdan İrana İTTİHAM

21.03.2018

ABŞ Prezidenti Donald Tramp Novruz bayramı münasibətilə ünvanladığı təbrik mesajında İranı sərt tənqid edib.
"Dövran Media"nın məlumatına görə, ABŞ prezidenti yazılı açıqlamasında Baharın gəlişini qeyd edən dünyadakı milyonlarla insanın Novruzunu təbrik etdiyini qeyd edib.
Novruzun mənşəyinin İrana söykəndiyini vurğulayan Tramp İran hakimiyyəti və İran İnqilabı Keşikçiləri Ordusuna qarşı ciddi ittiham səsləndirib: "Bu gün İran xalqı ona meydan oxuyanlarla üz-üzə qalıb. 2 min 500 il əvvəl kral Dara Tanrıdan İran xalqını üç şeydən – düşmən ordular, quraqlıq və yalandan qorumağı istəmişdi. Bu gün İran İnqilabı Keşikçiləri Ordusu üçünü də təmsil edir”.