05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SOCAR məşhur zavodu alır

05.04.2019

SOCAR Denis Mazurova məxsus "Antipinsk” neft emalı zavodu və "Nyu Stream Qrup”un neft yataqlarını ala bilər.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Kommersant” qəzeti yayıb. Məlumata görə, SOCAR-ın almaq istədiyi neft yataqları Orenburq vilayətində yerləşir.

Azərbaycan kompaniyasının Rusiya şirkətinin neft yataqları və neft emalı zavodunun 100% aktivini alması üçün simvolik qiymət ödəyəcəyi, amma bununla bərabər "Nyu Strim Qrup”un 3 milyardlıq borcunu öz üzərinə götürəcəyi qeyd edilib.

Qəzetin mənbəsi anlaşmanın başlanğıc mərhələdə olduğunu desə də, artıq prinsipial razılaşmanın əldə olunduğunu və ilin sonuna qədər yekun müqavilənin imzalanacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Tümendə yerləşən Antipinsk neft emalı zavodunun satışına əsas səbəb onun maliyyə problemləri və borcları olub. Bu borclar ucbatından "Sberbank” "Nyu Strim Qrup” şirkətinə öz menecerlərini göndərərək, onun əsas səhmlərinə nəzarəti ələ alıb və zavodun aktivlərinin satılması üçün müştərilər axtarmağa başlayıb.

"Nyu Strim Qrup” Dmitri Mazurov tərəfindən təsis edilib. Qrupun tərkibində yer alan "Antipinsk” neft emalı zavodunun istehsal gücü 9 milyon tondur. 2016-cı ildə bu zavod Rusiyanın 200 böyük özəl müəssisəsi arasında gəlir həcminə görə 43-cü yeri tutub.

Zavodun səhmlərinin 80%-i Dmitri Mazurova, 20-i isə Rusiya Prezidenti Vladimir Putinin kurs yoldaşı Nikolay Yeqorova məxsusdur. Bu zavoda əsas dəstəyi Tümenin keçmiş, Moskvanın hazırkı meri Sergey Sobyanin göstərib.