08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cənubi Koreya 5G internetə keçdi - VİDEO

04.04.2019

Dünyada ilk dəfə olaraq Cənubi Koreyada beşinci nəsil (5G) internet şəbəkəsinin kommersiya məqsədli istismarına start verilib.

"Dövran Media" verir ki, bu barədə REN TV məlumat yayıb.
Cənubi Koreyanın Elm və İnformasiya-kommunikasiya Texnologiyaları Nazirliyi yeni nəsil şəbəkəni hələ mart ayında istismara verməyi planlaşdırıb. Habelə yeni texnologiyanı dəstəkləyən smartfonların istehsalı ləngidiyindən onu bir qədər ertələməli olublar.
Sələfi 4G ilə müqayisədə, 5G daha yüksək keçiricilik qabiliyyətinə malikdir, şəbəkənin genişəhatəli olmasına imkan yaradır, cihazlar arasında kommunikasiya sistemləri daha etibarlı olur, internet sürəti isə saniyədə 1-2 giqabitə qədər yüksələ bilir.
5G smartfon və ya digər qadjetlərin batareyalarının daha az enerji işlətməsinə imkan verir.