Ronaldu "Yuventus"u   sevindirdi 
    
                          
     
                         04.04.2019
 
    
                        Kriştianu Ronaldu zədəsini sağaldıb.
"Dövran Media" xəbər verir ki, "Yuventus"un portuqaliyalı ulduzu oynamağa hazırdı. Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la ilk oyununda meydana çıxa biləcək. Onun bərpa müddəti gözləniləndən də tez bitib.
"Marca"nın məlumatına görə, Ronaldu A Seriyasının XXXI turunda "Milan"la baş tutacaq görüşdə də oynamağa hazırdı. Amma məşqçilər korpusu risk etmək niyyətinə deyil.
Qeyd edək ki, Ronaldu "AVRO-2020"nin seçmə mərhələsində Serbiya ilə matçda zədələnib.