08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU-nun yeni rektorundan sevindirici addım

04.04.2019

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin istəyi ilə bu təhsil ocağında açarı yalnız rektorda olan şikayət və təklif qutusu qoyulub və universitetin saytında "Rektorla əlaqə” bölməsi yaradılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.
O bildirib ki, 3 həftə ərzində Bakı Dövlət Universitetində görülən işlər çox sevindiricidir:
"Vaxtilə dağları yarmaq, dənizləri aşmaqla belə çox çətinliklə qəbuluna düşülən rektor indi əlçatan olub. Bütün günü rektor koridorda, tələbələrin arasında gəzir, onları dinləyir.
Ümid edirəm ki, BDU onun rəhbərliyi altında qısa müddətdə yenidən ölkədə birinci, dünyada isə ilk 500-lükdə olan universitet olacaq”.
Qeyd edək ki, Elçin Babayev bu il martın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-ya rektor təyin edilib.