Prezidentdən Nizami Xudiyevlə bağlı  - Sərəncam 
    
                          
     
                         04.04.2019
 
    
                        Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
"Dövran Media" sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.