07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağa 500 xüsusi təyinatlı göndərən Alparslan Türkeş

04.04.2019

Bu gün türk dünyasının əfsanəvi simalarından Alparslan Türkeşin anım günüdür.
"Dövran Media" xatırladır ki, Alparslan Türkeş 1917-ci il noyabrın 25-də o dönəm Osmanlı İmperiyasının tərkibində olan Nikosiya şəhərində anadan olub. İlk və orta təhsilini burada alıb. 1933-cü ildə, yeniyetmə ikən ailəsi ilə İstanbula köçüb.

Hərb aləminə böyük marağı olan Türkeş 1936-cı ildə Qülləli Əsgər Liseyinə qəbul olub. 1938-ci ildə Hərb Məktəbinin məzunu olub və kiçik leytenant rütbəsi ilə orduya qatılıb.

1969-cu ildə Milliyyətçi Hərəkat Partiyasını yaradan Türkeş bu tarixdən 1997-ci ilə qədər partiyaya sədrlik edib.

A.Türkeş həyatını türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr edib. Türkçülüklə bağlı hədsiz xidmətlərinə görə ona Başbuğ adı verilib. O, türk milliyyətçi kəsimin ("Bozqurd”ların, ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur.

Alparslan Türkeş 1992-ci ildə Azərbaycana gəlib və o dönəm prezident seçkilərində namizəd olan Əbülfəz Elçibəylə görüşüb. Həmin vaxt Azadlıq meydanında keçirilən mitinqdə minlərlə insan A.Türkeşi "Bozqurd salamı” ilə qarşılayıb. Məlumata görə, Türkeş "Bozqurd işarəsi”ni məhz Bakıda öyrənib. Sonradan bu işarə MHP-nin əsas simvollarından birinə çevrilib.

Böyük Başbuğun Azərbaycana sevgisi təkcə dildə deyil, əməldə də öz əksini tapıb. Belə ki, Qarabağ döyüşlərinin getdiyi bir vaxtda – 1993-cü ildə o, "Rüzgar Birliyi”nin 500 xüsusi təyinatlı hərbçisini müharibəyə göndərib.

Türkeş sonrakı illərdə də Azərbaycana və xalqımıza böyük dəyər verib, onun haqq savaşını dəstəkləyib.

Qeyd edək ki, Alparslan Türkeş 1997-ci il aprelin 4-də infarktdan dünyasını dəyişib.