28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərdə hərəkət məhdudlaşdırılır

04.04.2019

4 aprel tarixindən 5 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşidbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 5 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi məsləhət görür.