28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabirabadlı həbs edildi - NARKOTİK

04.04.2019

Sabirabad rayonu Qaragüney polis bölməsinin əməkdaşları narkotik satışı ilə məşğul olan şəxsi ifşa ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Qarağac kənd sakini Azər Hüseynov saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır. /ona/