09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yurdumuza bahar gəlib

21.03.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun verdiyi məlumata görə, bahar martın 20-si, Bakı vaxtı ilə saat 20:15 radələrində ölkəyə qədəm basıb.
Onun sözlərinə görə, baharın gəlişi ilə gecə - gündüz bərabərliyi baş verib.
Günəşin səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid etdiyini deyən direktor müavini qeyd edib ki, həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub: "Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”.
"DM"