Ramil Usubov Göyçaya gedir - Qəbul 
    
                          
     
                         03.04.2019
 
    
                        Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il aprelin 27-də Göyçay Rayon Polis Şöbəsində Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.