BŞİH mitinqlə bağlı  müraciətə cavab verdi 
    
                          
     
                         03.04.2019
 
    
                        Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.
Report-un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.