28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şirvanda 15 yaşlı oğlan itkin düşüb - FOTO

03.04.2019

Şirvanda 15 yaşlı oğlan itkin düşüb.
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan şəhər sakini Fəqan Cavadov martın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində mavi rəngli cins şalvar, mavi rəngli gödəkcə və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. /ona/