29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən çox maaş alan futbolçu

02.04.2019

"France Football" jurnalı cari mövsümün ən çox maaş alan futbolçularının adlarını açıqlayıb.
İspaniyanın "Barselona" klubunun hücumçusu argentinalı Lionel Messi 2018/19 mövsümünün ən çox maaş alan futbolçusu seçilib. L.Messinin maaşı 130 milyon avro təşkil edir.
İkinci yerdə "Yuventus" klubunun oyunçusu portuqaliyalı Kriştiano Ronaldo (113 milyon avro), üçüncü yerdə isə "PSJ"-nin braziliyalı oyunçusu Neymar (91,5 milyon avro) qərarlaşıb.
"Atletiko" klubunun forması ilə çıxış edən fransalı Antuan Qrizman (44 milyon avro) dördüncü yerdə, "Real" klubunun futbolçusu Qaret Beyl (40,2 milyon avro) isə beşinci yerdədir.