29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəndi su basdı - Qusarda

01.04.2019

Qusar rayonunda Cağar-Cibir su borusu partlayıb.

Hadisə bu gün günorta saatlarında baş verib. Kanalın Çiləgir kəndi ərazisindən keçən hissəsində borunun partlaması nəticəsində Çiləgir kəndini su basıb. Kanala suyun verilişi dayandırılıb və təmir işlərinin aparılması üçün hazırlıq prosesinə başlanılıb.

Qusar suvarma sistemləri idarəsindən verilən məlumata görə, qısa müddətdə təmir işlərinə başlanılacaq.

Qusar rayon İcra Hakimiyyətindən bildirilib ki, suyun kəndə axması nəticəsində kənd sakinlərinə ziyan dəyməyib.